Azərbaycanda bu avtomobillərin qiyməti ucuzlaşıb
Fevral ayında seqmentlər üzrə qiymətləndirmə göstərir ki, mühərrik gücü yüksək olan və Avro 5 standartlı benzindən istifadə edilən avtomobillərin qiymətləri 3.5 faiz aşağı düşüb.
İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) verilən məlumata görə, ümumilikdə fevral ayında avtomobil bazarında durğunluq davam edib.
Avtomobillərə tələbin azalması, bununla yanaşı təklifin stabil qalması müşahidə olunub. Bazarda ay ərzində cüzi, 1.7 faiz qiymət artımları müşahidə olunub.
Ay ərzində həmin avtomobillərə tələbin azalması müşahidə olunub. Bununla belə, mühərrik gücü 2.4 kubmetrədək olan və istehsal ili 2014 və 2020-ci illər arası avtomobillərə tələb yüksəlib. Onların qiymətində 4.0 faiz artım qeydə alınıb. Ayın sonunda doğru Rusiya istehsalı olan avtomobillərin qiymətində də 2.5 faizə yaxın artım qeydə alınıb. Bu, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq Rusiya isteshalı olan avtomobillərin idxalında çətinliklərin olacağı proqnozu ilə bağlıdır.
Fevral ayında hibrid avtomobillərə də tələb artıb. Yeni istehsal olunan hibrid avtomobillərinin qiyməti 7.0 faiz azalsa da istehsal ili köhnə olan və xüsusən də Yaponiyada istehsal olunan hibrid avtomobillərdə 5.0 faizə yaxın qiymət artımı müşahidə olunub.
Digər Xəbərlər
30 Dekabr 2025 12:59
Bayram günlərində bu yolda təmir işləri görüləcək
29 Dekabr 2025 10:24
Qəza şəraitinə səbəb olan kəsişmədə yeni svetoforlar quraşdırıldı
27 Dekabr 2025 13:16
Daha bir marşrut üzrə avtobuslar yenilənir
26 Dekabr 2025 12:43


Bakı -°C

