Azərbaycanda bərpa olunan enerji ilə işləyən elektrik stansiyası tikiləcək
Son 5 il ərzində bərpa olunan enerji obyektlərinin sayının artırılması üçün ciddi səylər göstərilib.
Adalet.az-ın məlumatına görə, Energetika Nazirliyi yanında Enerji Məsələlərinin Nizamlanması Agentliyinin İdarə Heyətinin sədri Samir Axundov deyib.
O qeyd edib ki, bu ilin mayında dövlət başçısı enerji sektorunda islahatların sürətləndirilməsi ilə bağlı sərəncam imzalayıb.
S.Axundov həmçinin vurğulayıb ki, bərpa olunan enerji mənbələrinin inkişafına ciddi siyasi sadiqlik nümayiş etdirilir:
"Bununla əlaqədar olaraq bərpa olunan enerji ilə işləyən 200 meqavatt gücündə stansiya tikiləcək”.
Digər Xəbərlər
29 Aprel 2024 13:15