Azərbaycanda avtomobil benzininin istehsalı yaxın saatlarda bərpa olunacaq
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) katalitik-krekinq qurğusunun təmiri bu gün ərzində başa çatacaq.
Adalet.az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə zavoddan məlumat verilib.
Qeyd olunur ki, qurğunun təmiri artıq son mərhələdədir: "Təmir işlərinin başa çatması və katalitik-krekinq qurğusunun bu gün işə salınması haqqında əmr verilib”.
Qurğunun təmir olunduğu müddətdə ölkənin avtomobil benzininə tələbatının təmin olunmasına toxunan müsahib bildirib ki, tələbat daxili ehtiyatlar hesabına təmin olunub:
"Təmir zamanı Azərbaycana benzin idxal olunmayıb. Əhalənin təminatı zavoddakı təxminən 80 min ton həcmində qalıq ehtiyat hesabına təmin olunub”.
Digər Xəbərlər
01 May 2024 22:55
K A N
01 May 2024 18:37Türk Dövlətləri Autizm Federasiyasının Bakı konfransı keçirildi - FOTOLAR
01 May 2024 18:17Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 16:25İyunda ardıcıl 5 gün iş olmayacaq
01 May 2024 13:59