adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 Fevral 2017 10:12
4205
SAĞLAMLIQ

Azərbaycanda 8 tibb müəssisəsi ləğv edilib

"Azərbaycan Dəmir Yolları" QSC-nin tərkibində olan bir çox təşkilat ləğv olunub.

Adalet.az xəbər verir ki, bu barədə "Vergilər" qəzetinin xüsusi buraxılışında qeyd edilib.

Bildirilib ki, Həkim-Sanitar Xidmətinin tabeliyində fəaliyyət göstərən Gəncə Dəmir Yolu Gigiyena və Epidemiologiya Mərkəzi, Yevlax Dəmir Yolu Ambulatoriyası, Kürdəmir Dəmir Yolu Ambulatoriyası ləğv olunub.

Eyni zamanda Lənkəran Dəmiryol Ambulatoriyası, Ucar Dəmiryol Ambulatoriyası, İmişli Dəmir Yolu Epidemiologiya Gigiyena Mərkəzi, Hacıqabul Dəmiryolu Xəstəxanası, Salyan Xətt Xəstəxanası da ləğv edilib.