adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Fevral 2015 12:03
1042
MƏMLƏKƏT

Azərbaycanda 63 min əlil uşağın əksəriyyəti 3 yaşa qədərdir

"Azərbaycanda530 min əlil varsa, bunun 62-63 minini uşaqlar təşkil edir”. Bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli"Əlilliyi olan uşaqların inkluziv və fərdi təhsili haqqında qanunvericilik sənədlərtoplusu” adlı kitabın təqdimatında deyib.

Komitə sədribildirib ki, cəmiyyət əlilliyi olan insanların qayğı ilə əhatəolunması, onlara cəmiyyətdə hər bir şərait yaradılmasına çalışmalıdır. 

Hadı Rəcəblitəhlillərin Azərbaycanda əsasən 3 yaşa kimi uşaqların əlil olduğunu göstərdiyinibildirib: "Dövlət qurumlarında ilə birgə bunun əsas səbəbləri araşdırılır. Məlumolur ki, əsas səbəblərdən biri nikaha girənlərin sağlamlığı ilə bağlıdır.

Bu yöndədə mühüm addımlar atılır və iyunun 1-dən etibarın nikaha girənlərin sağlamlığıhaqda arayışlar tələb ediləcək. Məcburi diaspanserizasiya haqda da qanun qəbuledilib. Bu yöndə, genofondun, uşaqların sağlamlığının qorunması istiqamətindəmühüm işlər görülür”.