Azərbaycanda 220 mindən çox şəkərli diabet xəstəsi var
"Ötən illə müqayisədə bu il Azərbaycanda şəkərli diabet xəstələrinin sayı artıb”.
Adalet.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında millət vəkili, Səhiyyə Nazirliyinin baş endokrinoloqu Rafiq Məmmədhəsənov bildirib.
Onun sözlərinə görə, hazırda ölkə üzrə 220 min qeydiyatda olan şəkərli diabet xəstəsi var: "Qeydiyata düşməyən xəstələrin sayını nəzərə alsaq, onda bu rəqəm artmış olacaq. MDB üzrə Azərbaycan yeganə ölkədir ki, şəkərli diabet xəstələrinə dair xüsusi dövlət proqramı qəbul edilib. Cənab prezident bu proqramı təsdiqləyib. Hazırda xəstələrin hamısı pulsuz dərmanlarla təmin olunur”.
Baş endokrinoloq vurğulayıb ki, xəstəliyin qarşısını almaq üçün karbohidratların istifadəsini azaltmaq lazımdır: "Kobud dillə desək, şirniyyatlar, hipodinamiya, stres faktorları da piylənəyə gətirib çıxarır. Nəticədə şəkərli diabet yaranır. Bunların hamısı bir-birinə bağlıdır”.
R.Məmmədhəsənov regionlarda yaşayan şəkərli diabet xəsətlərinə insulinin çatdırılmasında problemlərin olmadığını vurğulayıb.
Digər Xəbərlər
03 May 2024 16:07
Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA
02 May 2024 10:15Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15