Azərbaycanda 21 qanunsuz miqrant saxlanılıb
Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir.
DMX-dan Adalet.az-a verilən məlumatda bildirilir ki, 16-19 fevral 2018-ci il tarixlərdə keçirilmiş növbəti tədbirlər zamanı sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək müvafiq yaşama icazələri almış, lakin sahibkarlıq fəaliyyəti ilə məşğul olmadıqları aşkar edilmiş 11 nəfər Pakistan İslam Respublikası, 6 nəfər Banqladeş və 4 nəfər Hindistan vətəndaşı saxlanılıb.
Həmin şəxslər gəlişlərinin bəyan edilmiş məqsədlərini pozduqları üçün Bakı şəhər Qanunsuz Miqrantların Saxlanılması Mərkəzində yerləşdiriliblər. Hazırda onların ölkədən çıxarılmaları istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Digər Xəbərlər
29 Aprel 2024 11:20
Arutyunyan hansı sirləri açıb?
29 Aprel 2024 11:04Dövlət Komissiyası: “Natiq Qasımovun qalıqlarının tapılması asan olmayacaq”
29 Aprel 2024 10:40Orduda ən yaxşı snayper müəyyən ediləcək - VİDEO
29 Aprel 2024 10:29İtkin düşən 6 hərbçiyə şəhid statusu verilib
29 Aprel 2024 09:34