Azərbaycanda 18 nəfəri ilan sancdı
İyun ayı ərzində Azərbaycanda 18 nəfəri ilan sancıb.
Adalet.az xəbər verir ki, Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov APA-ya bildirib ki, zərərçəkənlərdən 12 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 2-si azyaşlıdır.
İlan sancma nəticəsində ölüm halı qeydə alınmayıb. Onların böyük əksəriyyətinə tibbi yardım göstərildikdən sonra evə buraxılıb. İlan sancma halları əsasən Bakı ətrafı qəsəbələrdə - Zirə, Güzdək, Maştağa, Qaradağ və digər ərazilərdə baş verib.
A.Maqsudov qeyd edib ki, iyun ayında əqrəb sancması ilə bağlı 3, qaraqurd sancması ilə bağlı isə 1 müraciət daxil olub.
Digər Xəbərlər
03 May 2024 23:14
Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57STM ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında memorandum imzalandı
03 May 2024 17:31İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52