Azərbaycanda 110 nəfər COVID-19-a yoluxdu, 127 nəfər sağaldı, 1 nəfər vəfat etdi
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 110 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Adalet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 40229 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 37954 nəfər müalicə olunaraq sağalıb, 591 nəfər vəfat edib, aktiv xəstə sayı 1684 nəfərdir.
Ölkədə son sutka ərzində 5469, hazırkı dövrədək isə 1115748 test aparılıb.
Digər Xəbərlər
01 May 2024 12:18
COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15Həftəsonu yuxusu depressiyanı azaldır
27 Aprel 2024 09:19Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
26 Aprel 2024 15:08