"Azərbaycana təklif edirəm ki, bu iki mövzunu bağlayaq" - Paşinyan
"Qarabağlı ermənilərimizə demişəm ki, onların qayıdışı real deyil".
Adalet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Almaniyada jurnalistlərlə söhbətində deyib.
O, Azərbaycana paralel şəkildə Qarabağ ermənilərinin qayıdışı və azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələlərini bağlamağı təklif edib: "Mən indi Azərbaycana açıq və ictimai bir təklif vermək istəyirəm. Çünki onların bu mövzularda nə qədər problemləri varsa, bizim də problemlərimiz var. Təklif edirəm ki, bu iki mövzunu paralel bağlamaq üçün birgə yol xəritəsi qəbul edək. Mən də qarabağlılarımıza demişəm ki, onların qayıdışı real deyil. Əgər biz qayıdış gündəmini davam etdirsək, bu o deməkdir ki, Qarabağ hərəkatını yenidən başlayırıq. Qarabağ hərəkatı bitdi, onu başlamaq cəhdləri də faydasızdır
İndi mən birbaşa təklif edirəm: gəlin oturaq və bu mövzunu gündəmdən necə çıxara biləcəyimizə dair yol xəritəsi hazırlayaq, çünki bu mövzunun çıxarılması uzunmüddətli strateji mənada istənilən münaqişə vəziyyətini tamamilə aradan qaldırmaq deməkdir".
Digər Xəbərlər
02 Aprel 2026 10:54
Tramp ABŞ-nin Baş prokurorunu işdən çıxarmağı düşünür - İDDİA
01 Aprel 2026 21:00
Sarkisyanın partiyası parlament seçkilərində iştirak etməyəcək
01 Aprel 2026 19:43
Paşinyan: Qarabağ hərəkatı davam etdirilməməlidir
01 Aprel 2026 19:06


Bakı -°C

