adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
04 Avqust 2016 09:18
35746
TEXNOLOGİYA

Azərbaycana mobil telefon gətirilməsi məhdudlaşdırılır

Azərbaycanda fiziki şəxslər tərəfindən mobil telefonların ölkəyə gətirilməsinin məhdudlaşdırılması planlaşdırılır.

Adalet.az xəbər verir ki, bu barədə Trend-ə telekommunikasiya bazarındakı mənbə deyib.

Onun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı iki ildən bir şəxsi istifadə üçün ölkəyə bir mobil telefon gətirə biləcək.

Mənbə bildirib ki, ilkin məlumatlara görə yaxın gələcəkdə qüvvəyə minəcək olan bu yeni üsul dövlət büdcəsinə daxilolmaların artırılmasına imkan verəcək.