Azərbaycan ziyalıları Ərdoğanı TƏBRİK ETDİ

Azərbaycan ziyalıları Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qələbə münasibəti ilə təbrik edib.
Adalet.az xəbər verir ki, təbrikdə deyilir:
"Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana
Hörmətli Prezident!
28 may 2023-cü ildə keçirilən seçkidə yenidən Türkiyə Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirik!
Bundan əvvəl, 14 May seçkilərində Sizin başçılıq etdiyiniz Ədalət və İnkişaf Partiyasının, bütövlükdə isə Cümhur İttifaqının qalib gələrək TBMM-də çoxluq əldə etməsi bizi qəlbən sevindirdi və bu münasibətlə də Sizə ayrıca təbriklərimizi çatdırırıq.
Çox şadıq ki, Türkiyə dövləti və xalqı, eləcə də yaşadığımız region üçün taleyüklü seçki olan bu ümumxalq səsverməsində Sizi yenə də özünün rəhbəri görməyə qərar vermiş qardaş türk xalqı bir daha müdriklik və qədirbilənlik nümayiş etdirmişdir.
Sizin indiyədək - 20 ildən artıq müddətdə həyata keçirdiyiniz uğurlu siyasət Türkiyəni inkişafın zirvələrinə daşımış, onu dünyanın ən güclü dövlətlərindən birinə çevirmişdir. Daima səmimiyyət və cəsarətlə dayaq olduğunuz qardaş Azərbaycanda da Sizin siyasətiniz mütləq əksəriyyət tərəfindən bəyənilir və bu seçkilərdə də namizədliyiniz böyük inamla mənəvi baxımdan dəstəkləndi.
Tərəddüdsüz inanırıq ki, Türkiyə Respublikası Sizin güclü rəhbərliyiniz altında yeni-yeni uğurlara nail olacaq, qardaş Azərbaycan Respublikası ilə birlikdə dünyada öz layiqli yerini, üstün mövqeyini durmadan möhkəmləndirəcəkdir.
Prezident seçkilərində qazandığınız parlaq qələbə münasibətilə Sizi bir daha ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, fəaliyyətinizdə yeni uğurlar diləyirik! Allah Sizi qorusun!
Dərin ehtiram və məhəbbətlə:
ANAR
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri
İsa HƏBİBBƏYLİ
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, millət vəkili
Çingiz ABDULLAYEV
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin 1-ci katibi
Rəşad MƏCİD
Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini
Digər Xəbərlər

"Bizimlə bu gün hesablaşmayan sabah peşman olur" - Dövlət başçısı

"Vətən müharibəsi həm peşəkarlıq, həm milli ruh salnaməsidir" - Prezident

Ceyhun Bayramov: Ermənistanla sülh prosesində bir neçə istiqamət üzrə təmaslar davam edir

Nazir: Pakistan və Hindistanı məsələni siyasi-diplomatik müstəvidə həll etməyə çağırırıq

“Bizə deyilir ki, istintaq davam edir” - Nazir AZAL təyyarəsinin qəzasından danışdı

Prezident Almaniya Kanslerinə məktub göndərdi

İlham Əliyev yeni seçilən Roma Papasını təbrik etdi
