Azərbaycan XİN Türkiyədə olan azərbaycanlılara çağırış etdi
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə baş verən hadisələrlə bağlı Azərbaycan vətəndaşlarına çağırış edib.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Trend-ə bildirib ki, Türkiyədə olan Azərbaycan vətəndaşlarına maksimum diqqətli olmağa və Türkiyə hakimiyyətinin qoyduğu qayda və qanunlara ciddi əməl etməyə çağırış edilib.Onun sözlərinə görə, Azərbaycan vətəndaşlarına vəziyyət normallaşana qədər əhalinin kütləvi yığışdığı yerlərdən uzaq durmaq, xüsusi ehtiyac olmadan küçəyə çıxmamaq, hər hansı bir problem yarandığı halda tez bir zamanda Azərbaycanın Türkiyədəki diplomatik missiyasına müraciət etmək və öz vəziyyəti barədə yaxınlarına və qohumlarına məlumat vermək tövsiyə olunur.
Azərbaycanın Türkiyədəki diplomatik missiyası gücləndirilmiş rejimdə işləyir.
Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd edilib. Hərbi çevrilişə cəhd nəticəsində 17 polis əməkdaşı olmaqla 60 nəfərin həlak olduğu bildirilir. Hərbi çevrilişə cəhdə görə, 1563 nəfər həbs olunub
Digər Xəbərlər
01 May 2024 09:46
Bu ərazidə mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO
01 May 2024 09:27Bu gündən Azərbaycanda balıq ovu qadağan edilir
30 Aprel 2024 12:44Şimşək çaxacaq, dolu düşəcək... - Mayın ilk gününün HAVASI
30 Aprel 2024 12:15Havanı çirkləndirən şadlıq saraylarının SİYAHISI
29 Aprel 2024 15:48