Azərbaycan XİN Pakistana başsağlığı verdi
Azərbaycan Xarici İşlər Nazirliyi İslamabad şəhərində məsciddə terror aktı ilə əlaqədar Pakistana başsağlığı verib.
Adalet.az xəbər verir ki, bu barədə XİN-nin "X" hesabında məlumat verilib.
Qeyd edilib ki, Azərbaycan bu terror aktını pisləyir:
"İslamabad şəhərində məsciddə baş verən və günahsız insanların həyatına son qoyan, çoxsaylı şəxsin yaralanmasına səbəb olan dəhşətli terror aktı ilə əlaqədar Pakistan xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. İbadət üçün müqəddəs bir məkanda dinc inanclı insanları hədəf alan bu iyrənc zorakılıq və terror aktını qətiyyətlə pisləyirik. Dualarımız həlak olanların yaxınları ilədir, yaralananlara isə tezliklə şəfa diləyirik".
XİN bildirib ki, Azərbaycan qardaş Pakistanla həmrəy olduğunu ifadə edir və sülhə, sabitliyə, eləcə də terrorizmin bütün formalarına qarşı mübarizəyə verdiyi qəti dəstəyi bir daha təsdiqləyir.
Xatırladaq ki, bu gün İslamabadda məsciddə baş verən partlayış nəticəsində ən azı 31 nəfər həlak olub, 169 nəfər yaralanıb.
Digər Xəbərlər
17 Noyabr 2026 18:14
Almaniyanın xarici işlər nazirinin qəbulu ilə bağlı videoçarx paylaşıldı
17 Noyabr 2026 17:35
Prezident Kvrivişvilini qəbul etdi
17 Noyabr 2026 17:28
Prezident Vadefulu qəbul etdi
17 Noyabr 2026 16:31
Zakir Həsənov Giorgi Matiaşvilini qəbul etdi
17 Noyabr 2026 16:22
"Əlilliyi ləğv edilənlər iş tapmaqda çətinlik çəkirlər" - Deputat
17 Noyabr 2026 15:51
İlham Əliyev bu sənədləri təsdiqlədi
17 Noyabr 2026 15:40
Uzunmüddətli xəstəlik zamanı gəlir itkisi kompensasiya edilsin – Deputat
17 Noyabr 2026 14:32


Bakı -°C

