Azərbaycan XİN İrana nota verdi
“Azərbaycan Respublikasının ərazilərinə hər hansı bir xarici səfər Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində müəyyən edilmiş qaydalara, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət etməklə həyata keçirilməlidir”.
Adalet.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “son günlərdə 14 nəfər İran İslam Respublikası vətəndaşının qanunla müəyyən edilmiş sərhəd-keçid məntəqələrindən kənar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazisinə daxil olduğu barədə xəbərlər yayılıb” sualına cavabında deyib.
“İran İslam Respublikası vətəndaşlarının ərazilərimizə qanunsuz keçidi ilə bağlı yayılmış xəbərlərə gəldikdə, məlumata aydınlıq gətirilməsi məqsədilə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinə müvafiq nota göndərilib. Hazırda, məsələ ilə bağlı qarşı tərəfdən cavab gözlənilir”, - XİN rəsmisi bildirib.
Digər Xəbərlər
05 Iyun 2026 17:21
Küveyt Əmiri Prezidentə təbrik ünvanlayıb
05 Iyun 2026 16:10
Prezidentdən 1 milyonluq SƏRƏNCAM
05 Iyun 2026 16:06
Birinci vitse-prezident miniftutbol yığmamızı TƏBRİK ETDİ
05 Iyun 2026 15:43
“Qlobal enerji bazarında Azərbaycanın geosiyasi çəkisi artır”
05 Iyun 2026 15:32
İlham Əliyev bir qrup şəxsi təltif etdi - SİYAHI
05 Iyun 2026 15:18
Rəsmi Bakı: CNN-in sorğusuna rəsmi qaydada cavab verilib
05 Iyun 2026 12:27
Prezidentin Naxçıvandakı səlahiyyətli nümayəndəliyinə yeni status verilir
05 Iyun 2026 12:18


Bakı -°C

