adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
12 Oktyabr 2021 15:50
782
GÜNDƏM

Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təliminə dair memorandum təsdiqləndi

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında Qanunu imzalayıb.

Adalet.az-ın məlumatına görə, qanuna əsasən, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” 2021-ci il iyulun 2-də Bakı şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilib.