adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Dekabr 2018 14:18
5735
GÜNDƏM

Azərbaycan və Ermənistan XİN rəhbərləri birgə bəyanat verəcək

Ermənistan Xarici İşlər Nazirliyi Milanda Elmar Məmmədyarov və Zoqrab Mnatsakanyan arasında əldə olunmuş razılıqlar barədə açıqlama yayıb.

Adalet.az xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin katibi Anna Naqdalyanın verdiyi rəsmi açıqlamada tərəflərin birgə bəyanat verəcəkləri bildirilib.

"Zoqrab Mnatsakanyan və Elmar Məmmədyarov danışıqların davam etdirilməsi barədə razılaşıblar. Bundan başqa, iki XİN rəhbəri və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin birgə bəyanatı da hazırlanır. Uzun müddət bu barədə razılıq əldə olunmasa da, Milanda bəyanatın mətni də razılaşdırılıb”.