Azərbaycan və Ermənistan XİN başçıları Münhendə görüşə bilər
Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarov ilə Zöhrab Mnatsakanyan fevral ayında Münhendə keçiriləcək beynəlxalq təhlükəsizlik konfransında görüşə bilər.
"Heç nəyi istisna etmək olmaz. Ənənəyə görə, görüş barədə razılıq əldə olunarsa, bu barədə əvvəlcədən məlumat verəcəyik", - deyə Mnatsakanyan jurnalistlərin Münhen Təhlükəsizlik Konfransı zamanı Qarabağ münaqişəsi ilə bağlı görüşünün mümkünlüyü barədə sualına cavab olaraq bildirib.
Eyni zamanda, o, Münhen konfransında iştirak etməyi planlaşdırdığını söyləyib.
"İrəliyə doğru addım atdığımız aydın məsələdir, vaxt və digər məsələlər üzrə razılaşdırmaq lazım gəlir, bundan sonra ictimaiyyətə məlumat veririk", - Mnatsaknayan əlavə edib.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Xarici İşlər Nazirliyindən Azərbaycan və Ermənistan XİN başçılarının yanvarın 16-da Parisdə keçirilmiş görüşdə növbəti ayda danışıqları davam etdirməklə bağlı razılıq əldə olunduğu bildirilib. (Report)
Digər Xəbərlər
02 May 2024 12:33
İlham Əliyev Konstantin Kosaçovu və Leonid Kalaşnikovu qəbul edib
02 May 2024 12:28“Mədəniyyətlərarası Dialoq Forumu qlobal və əhəmiyyətli platformaya çevrilib”
01 May 2024 22:45İlham Əliyevin forumdakı çıxışı Gürcüstan mətbuatında
01 May 2024 17:37Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə nitq söyləyib - YENİLƏNİB
01 May 2024 16:15