"Azərbaycan və Ermənistan bununla bağlı razılığa gəlib" - Blinkenin köməkçisi
Azərbaycan və Ermənistan sərhədin demarkasiyası prosesi ilə bağlı razılığa gəliblər.
Adalet.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayen bildirib.
O, Senatın Xarici Əlaqələr Komitəsinin regional əməkdaşlıq və təhlükəsizlik üzrə alt komitəsində “Avropanın gələcəyi” mövzusunda dinləmələr zamanı sualları cavablandırarkən deyib: "Hər iki tərəf demarkasiya prosesi ilə bağlı razılığa gəlib. Onlar sərhədlərin harada olması barədə razılığa gəliblər. Elə sahələr var ki, hər iki tərəf hələ də onlara nəzarət edir. Amma çox güman ki, razılaşdırılmış sərhədlərə görə geri çəkiləcəklər və yüksək dağlıq bölgələr bu baxımdan xüsusi maraq kəsb edir. Amma bir daha vurğulayıram ki, bu, hər iki tərəfin üzərində çalışdığı bir prosesdir.
Biz çox açıq şəkildə bildirdik ki, əgər sərhəddə dəyişiklik olarsa və hər iki tərəf razılaşmayıbsa, razılaşdırılmış sərhəd tətbiq edilməlidir. Sülh sazişi üzrə danışıqlar aparılır".
Digər Xəbərlər
20 Sentyabr 2026 11:14
Ceyhun Bayramov ABŞ-a getdi
18 Sentyabr 2026 19:15
Paşinyan İlham Əliyevə təşəkkür edib
18 Sentyabr 2026 17:22
Rəsmi Bakıdan Fransaya - Çağırış
18 Sentyabr 2026 11:54
Azərbaycan xalqı cahildirmi?
18 Sentyabr 2026 11:41
Hikmət Hacıyev Almaniya səfiri ilə görüşdü
18 Sentyabr 2026 10:45
“Bununla Azərbaycan xalqının milli ideyası gerçəkləşdirildi...”
18 Sentyabr 2026 10:36
"Ermənistan və Azərbaycan tezliklə davamlı sülhə nail olacaqlar"
18 Sentyabr 2026 10:26


Bakı -°C

