Azərbaycan və BƏƏ parlamentləri arasında əməkdaşlıq müzakirə olundu
Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına işgüzar səfəri çərçivəsində Birləşmiş Ərəb Əmirliklərinin Federal Milli Şurasının sədr müavini Tariq Humaid Al Tayer ilə görüşüb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az-a bildirilib ki, görüşdə iki ölkə liderlərinin rəhbərliyi ilə bütün istiqamətlər üzrə hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş əlaqələrin uğurla inkişaf etdiyi qeyd olunub, parlamentlərin fəaliyyəti və verdiyi töhfələr xüsusi vurğulanıb.
Sahibə Qafarova qarşılıqlı rəsmi səfərlərin, eləcə də parlamentlər arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq əlaqələrin inkişafının önəmini qeyd edib. Söhbət zamanı beynəlxalq təşkilatlar, o cümlədən Asiya Parlament Assambleyası (APA) çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olmasından razılıq ifadə olunub.
Görüşdə Sahibə Qafarova Milli Məclisin APA-ya iki illik sədrliyi dövründə BƏƏ parlamentinin nümayəndə heyətinin göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib, APA-nın parlamentlərarası əlaqələrin genişləndirilməsi üçün ümumi və səmərəli platforma olduğunu vurğulayıb. Söhbətdə Milli Məclisin APA-ya uğurlu sədrliyi xüsusilə qeyd edilib.
Görüşdə parlamentlərarası əməkdaşlığın bundan sonra da qarşılıqlı etimad və tərəfdaşlıq prinsipləri əsasında uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.
Digər Xəbərlər
26 Yanvar 2026 16:42
Prezident bu cərimələri təsdiqlədi
26 Yanvar 2026 16:30
Prezident dövlət qulluğuna dair bəzi məsələləri təsdiqlədi
26 Yanvar 2026 13:55
İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıyıq - Ceyhun Bayramov
26 Yanvar 2026 12:45
“Belə olan halda ABŞ ilə əməkdaşlığa üstünlük verməmiz əsaslıdır...” – Elxan Şahinoğlu
26 Yanvar 2026 12:43
Ceyhun Bayramov israilli həmkarı ilə görüşdü
26 Yanvar 2026 11:51
İlham Əliyev Avstraliyanın general-qubernatorunu təbrik etdi
26 Yanvar 2026 10:56
Vaşinqton bölgəyə hava hücumundan müdafiə sistemləri yerləşdirir – Hərbi ekspert
26 Yanvar 2026 10:55


Bakı -°C

