Azərbaycan Universitetinin nəşr etdiyi elmi jurnal ERIH PLUS bazasında indekslənir
Azərbaycan Universitetinin nəşr etdiyi “Social Issues” elmi jurnalı ERIH PLUS bazasında indekslənmək üçün qəbul edilib. Bu barədə universitetin Elm şöbəsinə rəsmi məktub daxil olub. Artıq ERIH PLUS platformasında jurnalın profili də yaradılıb. Jurnalda çap olunmuş məqalələr də tam olaraq bazanın axtarış sistemində yerləşdiriləcək.
ERIH PLUS Avropa Humanitar və Sosial Elmlər cəmiyyətinin akademik jurnal indeksidir. Bazanın “Dimensions” sistemi bu bazaya qəbul edilmiş 10 mindən çox jurnalda çap olunmuş məqalə axtarışı aparmağa imkan verir.
“Social Issues” elmi jurnalı Azərbaycan Universitetinin Elmi Şurasının qərarına əsasən 2023-cü ildən nəşr olunur. Jurnalın baş redaktoru sosial elmlər sahəsində tanınmış alim, Rumıniyanın Alexandru Ioan Cuza Universitetinin professoru Ştefan Cojocarudur.
Jurnalda əsasən icma tədqiqatları, münaqişə, sosial fəaliyyət, əlillik, asılılıq problemləri, ailə, səhiyyə siyasəti, işsizlik, hüquq və cəmiyyət, yoxsulluq və bərabərsizlik, irqi və etnik azlıqlar, sosial problemlər nəzəriyyəsi, psixi sağlamlıq, sosial iş və sosial iş təhsili məsələlərinə həsr olunmuş məqalələr çap olunur.
Digər Xəbərlər
21 Iyul 2026 17:25
Burada işləyənlərin sertifikatlaşdırma qaydası təsdiqləndi
21 Iyul 2026 15:12
Bakıda məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanıldı
21 Iyul 2026 11:54
Universitetdən magistratura ilə bağlı açıqlama
21 Iyul 2026 10:19
Magistraturaya ixtisas seçimi başladı
20 Iyul 2026 20:37
“Bu 20 yeri təsadüfi şəkildə kodlaşdırmaq olmaz” - DİM sədri
20 Iyul 2026 17:31
Sabah məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə start veriləcək
20 Iyul 2026 12:12
Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlandı
20 Iyul 2026 11:30


Bakı -°C

