Azərbaycan, Rusiya və İran liderləri tezliklə görüşə bilər - AÇIQLAMA
Ümid edirik ki, Rusiya, Azərbaycan və İran Prezidentlərinin sammiti tezliklə keçiriləcək.
Bunu "RİA Novosti”yə müsahibəsində İranın Rusiyadakı səfiri Kazım Cəlali deyib.
O bildirib ki, İran Prezidenti Həsən Ruhani və Rusiya dövlət başçısı Vladimir Putinin təqdim etdiyi regional təşəbbüslər nəzərə alınsa, sammitlərin sayının çoxaldığını demək olar.
"Bu ilin avqust ayında Soçidə Rusiya-Azərbaycan-İran sammiti planlaşdırılırdı. Lakin bu, təxirə salındı. Ümid edirik ki, görüş tezliklə keçiriləcək”, - deyə səfir K.Cəlali əlavə edib.
Xatırladaq ki, Rusiya, Azərbaycan və İran dövlət başçılarının Soçi görüşü avqustun 14-nə planlaşdırılmışdı.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov isə demişdi ki, zirvə görüşü texniki səbəblərdən təxirə salınıb.(oxu.az)
Digər Xəbərlər
03 May 2024 20:04
Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır
03 May 2024 16:47XİN-dən Böyük Britaniya səfirinə CAVAB: Mediamız azad, demokratikdir
03 May 2024 13:36Kristina Kuin erməniləri sevir, görən Mark Libbi bizi niyə sevmir?
03 May 2024 12:20Hikmət Hacıyev: Basdırılan minalar humanitar fəaliyyətə ciddi təsir edir
03 May 2024 12:19