adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Mart 2019 10:21
9917
GÜNDƏM

AZƏRBAYCAN RESPUBLİKASININ SƏHİYYƏ NAZİRİ CƏNAB OQTAY ŞİRƏLİYEVƏ

Hörmətli Nazir!

Bu günlərdə Şəkişəhərində bir xəstəxananın beş tibb bacısınınbir zarafatlı videosu yayılıb. Bildiyinizkimi, Şəki camaatı zarafatı, yumoru və şəbədənisevir. Bu tibb bacıları da Afət Fərmanqızının Nəsiminin «Mən bu cahanasığmazam» qəzəlini hind musiqisi üstündəoxumasını paradoiya ediblər. Müğənniziyalılar tərəfindən, eləcə də sosial şəbəkədəbu mahnıya görə kəskin tənqid olunsa da,indi hər gün televiziya kanallarına çıxarılırvə o mahınını oxuyur.

Amma çox qəribədir ki, həmin mahnıya parodiya edən beştibb bacısı buna görə Şəkişəhərinin baş həkimi Elçin Əmirovtərəfindən işdən çıxarılır. Bu hansı məntiqdi, bu hansı qanundu? Onlar öz vəzifələrini yerinə yetirə bilməyiblər, ya hansısa birgünah iş görüblər? İlin-günün bu vaxtı heç birciddi səbəb olmadan beş ailəni çörəksiz qoymaq nə deməkdi? Uzaqbaşı, onlara bunu iradtutmaq olardı. Əslində o baş həkimin özü buqanunsuzluğa görə cəzalandırılmalıdı.

Hörmətli Nazir!

Sizdən xahiş edirəm,həmin tibb bacılarının yenidən işə bərpa olunmasına göstəriş verəsiniz və onların hüquqlarını qoruyasınız.


Hörmətlə: Aqil ABBAS, Millət vəkili