“Azərbaycan Qarabağın erməni sakinlərinin hüquqlarını məhdudlaşdırmaq niyyətində deyil”

“Azərbaycan Qarabağın erməni sakinlərinin öz ana dilindən, mədəniyyətindən və dinindən istifadə etməklə bağlı hüquq və imkanlarını heç bir şəkildə məhdudlaşdırmaq niyyətində deyil”.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov BBC-yə müsahibəsində deyib.
“Bizim üçün heç vaxt keçilməsinə icazə verməyəcəyimiz yeganə qırmızı xətt suverenliyimizi və ərazi bütövlüyümüzü şübhə altına ala biləcək məsələlərdir”, - o vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan və Ermənistanın mehriban qonşu olmaqdan başqa yolu yoxdur: “Əgər bizim bir-birimizlə düşmənçilik üçün heç bir əsasımız yoxdursa, Azərbaycan və Ermənistan liderləri ən yüksək siyasi səviyyədə ərazi bütövlüyünün tanındığını bəyan ediblərsə, demək, bizim sadəcə olaraq mehriban qonşular olmaqdan başqa yolumuz yoxdur”.
Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ki, Azərbaycan hərbçiləri son ildırımsürətli antiterror tədbirləri zamanı mülki əhali arasında itkilərin qarşısını almaq üçün mümkün olan hər şeyi etməyə çalışıblar: “Antitteror tədbirləri bir gündən az davam edib və cərrah dəqiqliyi ilə həyata keçirilib. Bütün bunlar hərbi hədəfləri zərərsizləşdirməyə yönəlmiş yüksək dəqiqliklə həyata keçirilmiş addımlar idi”.
Digər Xəbərlər

Sabah hava necə olacaq? - PROQNOZ

Azərbaycana 3 minə yaxın şəxsin girişinə QADAĞA QOYULDU

Kərim Vəliyev Ermənistanla sərhəddəki hərbi hissələrdə olub, göstərişlər verib - VİDEO

DTX-nin Akademiyasının 25 illiyi münasibətilə tədbir təşkil edilib

Rəşid Mahmudov: “Əgər uşaq qızılcaya yoluxubsa, bu qidaları...”

Azərbaycan 2050-ci ilə qədər bu öhdəliyi götürüb - Tağıyeva

Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə növbəti yardım göndərib - FOTO
jpg-1701425736.jpg)