“Azərbaycan Qarabağ məsələsində lazımi sənədləri təsdiqlətdirə bildi”
"Yəqin ki, Azərbaycan və Avropa Birliyi arasında imzalanacaq saziş üzərində bir neçə ay ərzində işlər yekunlaşacaq. Biz Avropa ilə əlaqələrimizi daha da gücləndirməliyik”.
Adalet.az xəbər verir ki, bu sözləri politoloq Eldar NamazovModern.azsaytına açıqlamasında deyib
.
Politoloq bildirib ki, bir neçə gün bundan əvvəl Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı Sammitində və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Məclisi Baş Assambleyasının 50-ci sammitində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyamnamə qəbul edildi.
"Bu onu göstərir ki, Azərbaycan Ukrayna, Moldova və Gürcüstanla bir blokda çıxış edəndə Avropa qurumları tərəfindən bizim ərazi bütövlüyümüzün dəstəklənməsi məsələsi avtomatik həll olunur. Ona görə ki, bu ölkələrin ərazi bütövlüyü ilə bağlı da problemləri var. Hər üç ölkənin də arxasında Avropa dövlətləri dayanır. Azərbaycan Qarabağ məsələsində lazımi sənədləri təsdiqlətdirə bilib. Ərazi bütövlüyümzü beynəlxalq təşkilatlar tanıyıb. Biz bu blokdan uzaqlaşıb tək qalanda isə istədiyimiz qərarları çox çətinliklərlə alırıq. Ona görə də bizim diplomatlarımız bunu nəzərə almalıdır. Bu çox ciddi bir siyasi kapitaldır”.
Digər Xəbərlər
28 Aprel 2024 23:05
ABŞ Dövlət katibi: Azərbaycanla ikitərəfli əlaqələri gücləndirmək niyyətindəyik
28 Aprel 2024 23:03Prezident: Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır
28 Aprel 2024 23:02Blinken: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasına dəstək göstərməyə hazırıq
28 Aprel 2024 23:00İlham Əliyev: Azərbaycan-Ermənistan sərhədində demarkasiyanın başlanması müsbət addımdır
28 Aprel 2024 22:57