adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
25 Dekabr 2018 10:05
3410
GÜNDƏM

AZƏRBAYCAN PREZİDENTİ CƏNAB İLHAM ƏLİYEVƏ

Doğum günü təbriki

Çox hörmətli cənabPrezident!

Cənab Ali BaşKomandan!

Azərbaycan xalqıöz şərəfli tarixini vərəqlədikcə bu tarixin Ümummilli liderimiz Heydər Əliyev cənablarınınadı ilə bağlı səhifələrini xatırlayır və Azərbaycan üçün etdiklərini bir-birgöz önünə gətirir.

Biz bir xalqolaraq özümüzün həm Sovet dönəmində, həm müstəqillik illərimizdə Ulu Öndərimizinrəhbərliyi altında qazandıqlarımızı bitib-tükənməyən sərvət, davamı yeni-yeniuğurlara calanan nailiyyətlər hesab edirik. Məhz Ümummilli liderimizin layiqlikadrı və davamçısı olan Siz, dövlət rəhbərliyi sükanı arxasına keçdikdən sonrahəmin böyük uğurları daha da sürətləndirdiniz. Artıq Azərbaycanın, təkcəQafqazın, regionun deyil, eləcə də türk dünyasının, müsəlman aləminin liderdövlətlərindən biri olması Avropada, bütün dünyada söz sahibinə çevrilməsigünümüzün reallığıdı.

Cənab Prezident!

Sizin hakimiyyətdəolduğunuz 15 il ərzində gerçəkləşdirdiyiniz islahatlar, apardığınız uğurludaxili və xarici siyasət bir daha göstərdi ki, Siz həqiqətən xalqınqarantısınız! Siz həqiqətən xalqın Prezidentisiniz! Xalq sizinlə birlikdədir. Həttaöz 50 illik yubileyinizi Qarabağda, cəbhə bölgəsində qeyd edəndə dəvurğuladınız ki, "Mən burda doğmalar arasında öz ad günümü keçirirəm!”. Bu,Sizin Azərbaycan vətəndaşlarına, xüsusilə cəbhə bölgəsində yaşayan insanlaraqayğınızın təzahürü idi!

Cənab Prezident!

Mən Qarabağ bölgəsindən,yəni Ağcabədi-Füzuli seçki dairəsindən millət vəkili seçilmişəm. Özüm də əslənQarabağdanam. Ona görə də təmsilçisi olduğum bölgədə yaşayanların,qarabağlıların Sizə böyük sevgisinin, inamının şahidiyəm. Sadə insanlarla hər görüşümdə onlarınPrezidentimizə olan sonsuz ehtiramını hər dəfə izləyirəm, müşahidə edirəm.Xüsusilə Aprel döyüşləri zamanı Sizə - Ali Baş Komandana sonsuz inamı hamı kimimən də yaxından izlədim. Qarabağ camaatı həmin günlərin ümidini ürəklərindəbayrağa çeviriblər. Hamımız bir nəfər kimi inanırıq ki, Siz xalqımızın qələbəbayrağını Şuşaya öz əlinizlə sancacaqsınız!

Cənab Prezident!

Azərbaycanınbugünkü gerçəkliklərinin, uğurlarının, sabaha doğru uzanan zəfər yolununkomandanı, istiqamətləndirəni, xalqı öz ətrafında birləşdirən Lideri Sizsiniz!Biz öz Prezidentimizə, öz qarantımıza inanır və güvənirik! Sizin rəhbərliyinizaltında torpaqlarımızın bütövlüyünə sahib olacağımıza əminik! Biz sizinlə fəxredirik!

Cənab İlham Heydəroğlu!

Hörmətli cənabPrezident!

Doğum gününüzmübarək! Sizə can sağlığı və Azərbaycanımız naminə gördüyünüz işlərdə böyükuğurlar arzu edirəm.

Tanrı Siziqorusun!

Hörmətlə:

Millət vəkiliAqil Abbas