Azərbaycan Ordusunun taktiki-xüsusi təlimi keçirilib - VİDEO
Azərbaycan Ordusunda cari ilin hazırlıq planına əsasən, radiasiya, kimyəvi və bioloji mühafizə bölmələrinin şəxsi heyəti ilə səhra şəraitində taktiki-xüsusi təlim keçirilib.
Adalet.az-ın Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, ssenariyə uyğun olaraq, təlimə cəlb olunan bölmələr döyüşə hazırolma dərəcəsinə gətirilib, döyüş təyinatı rayonuna çıxarılıb.
"Təlimdə müdafiə əməliyyatının radiasiya, kimyəvi və bioloji mühafizə tapşırıqlarının planlaşdırılması, bölmələrə tapşırıqların çatdırılması üzrə praktiki fəaliyyətlər məşq etdirilib. Radiasiya və kimyəvi kəşfiyyat bölmələrinin qüvvələri ilə mövcud şəraitin izlənilməsi və qiymətləndirilməsi həyata keçirilib, şərti düşmənin kütləvi qırğın silahı tətbiq etməsinə hazırlığı vaxtında aşkar edilərək qabaqlayıcı tədbirlər görülüb, həmçinin radiasiya, kimyəvi və bioloji çirklənmə şəraitində fəaliyyət göstərən bölmələrin təhlükəsizliyi təmin edilib", - xəbərdə deyilir.
Nazirlikdən bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd komandirlərin bilik və bacarıqlarını təkmilləşdirmək, həmçinin döyüşün hərtərəfli təminatı və qarşılıqlı fəaliyyətin təşkilində təcrübə qazanmalarına imkan yaratmaqdır.
Digər Xəbərlər
17 Sentyabr 2026 17:17
Prezidentdən Famil Mustafayevlə bağlı SƏRƏNCAM
17 Sentyabr 2026 17:02
Prezidentlə xanımı Pir Ömər Sultan ziyarətgahında - FOTOLAR + YENİLƏNİB
17 Sentyabr 2026 16:59
"Azərbaycan media təxribatlarına qarşı böyük uğurlar əldə edib" - Prezident
17 Sentyabr 2026 16:58
İlham Əliyev və birinci xanım "Pirqulu Park" hotelinin açılışında - YENİLƏNİB
17 Sentyabr 2026 15:45
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - YENİLƏNİB + FOTOLAR
17 Sentyabr 2026 15:24
DSX Çevik Hərəkət Qüvvələrində xidmətə qəbul davam edir
17 Sentyabr 2026 13:58
Aqil ABBAS: BİZİM ZİYARƏTÇİLƏRİ DƏDƏVƏNGƏ NİYƏ BURAXMIRLAR?
17 Sentyabr 2026 13:16


Bakı -°C

