Azərbaycan orbitə "Zəfər" peyki buraxdı
Azərbaycanın tarixində ilk dəfə "Zəfər" məktəbli peyki orbitə çıxarılıb.
Adalet.az "Report"a istinadən xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") nəzdindəki KOSMİK Akademiyanın rəhbəri İmran Muxtarov peykin buraxılmasına həsr edilmiş brifinqdə bildirib.
Onun sözlərinə görə, peyki orbitə "SpaceX" şirkətinin "Falcon 9" raketi buraxıb.
"PocketQube" tipli, ölçüsü 5x5x5 sm, çəkisi isə təxminən 250 qr olan bu peyklər möhkəm materiallardan (alüminium ərintiləri, karbon kompozitlər) hazırlanır ki, bu da həm mexaniki davamlılığı, həm də istilik idarəetməsini təmin edir.
"PocketQube" peykləri ilk dəfə 2013-cü ilin noyabr ayında orbitə buraxılıb. Bu buraxılış Avstriyaya məxsus "UniSat-5" platforması vasitəsilə həyata keçirilib və layihə çərçivəsində bir neçə minipeyk, o cümlədən "WREN" (Almaniya), "T-LogoQube" (ABŞ) və "QBScout-1" (İtaliya) peykləri orbitə yerləşdirilib. Bu konsepsiya yalnız texnoloji tərəqqinin məhsulu deyil, həm də kosmosun hamıya aid olduğu ideyasının bir növ simvoludur.
Digər Xəbərlər
13 Mart 2026 11:31
Azərbaycan 20-yə yaxın ölkəyə hərbi təyinatlı məhsullar ixrac edir
11 Mart 2026 10:53
3 minlik "iPhone"nu oğurladı - 25 manata satdı
10 Mart 2026 15:44
Rusiya "Google"u cərimələdi
04 Mart 2026 13:42
Azərbaycanın ən populyar sosial şəbəkələri
04 Mart 2026 11:26
TEXNOLOJİ İNKİŞAFIN VAHİD RƏQƏMSAL ARXİTEKTURA PROBLEMİ
02 Mart 2026 11:27
“Bakcell” müştəri xidmətlərində rəqəmsallaşmanı genişləndirir
27 Fevral 2026 14:05
Azərbaycanda bütün dövlət xidmətləri "Mygov"la göstəriləcək
27 Fevral 2026 11:39


Bakı -°C

