Azərbaycan Müdafiə Nazirliyi Rusiya tərəfinə başsağlığı verib
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyquya başsağlı ünvanlayıb.
Müdafiə Nazirliyindən verilən məlumata görə, başsağlığında deyilir: "Rusiya Hərbi Dəniz Donanmasının elmi-tədqiqat dərin sualtı gəmisində 14 sualtı-dənizçinin faciəvi şəkildə həlak olması barədə xəbər məni dərindən sarsıtdı.
Azərbaycan Ordusunun şəxsi heyəti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Baş vermiş faciədən Sizinlə birlikdə kədərlənirik”.
Digər Xəbərlər
03 May 2024 23:14
Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57STM ilə “Divan Araştırma ve Eğitim Derneği” arasında memorandum imzalandı
03 May 2024 17:31İlham Əliyevdən ortamüddətli xərclərlə bağlı FƏRMAN
03 May 2024 15:51Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək
03 May 2024 14:52