Azərbaycan millisi Özbəkistanla yoxlama oyunlarına çıxacaq
DÇ-2020-nin elit-raund mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandası Bakıda iki yoldaşlıq oyunu keçirəcək.
Adalet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma yanvarın 21-də və 22-də Özbəkistan yığması ilə üz-üzə gələcək. Bakı İdman Sarayında keçiriləcək hər iki qarşılaşma saat 20:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi DÇ-2020-nin elit-raund mərhələsi çərçivəsində yanvarın 29-da Xorvatiya, 30-da Rusiya, fevralın 1-də isə Slovakiya yığmaları ilə qarşılaşacaq. Bu qrupun oyunları Xorvatiyanın Osiek şəhərindəki "Qradsk vrt Arena”da baş tutacaq.
Digər Xəbərlər
05 May 2024 17:01
Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
05 May 2024 12:46Mehriban Əliyeva xristian icmasını TƏBRİK ETDİ
04 May 2024 14:52COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36