Azərbaycan Mərkəzi Bankına yeni səlahiyyət verilir
Azərbaycan Mərkəzi Bankına yeni səlahiyyət verilir.
Adalet.az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Tibbi sığorta haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, qanunun 7.2-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)" sözləri "Azərbaycan Respublikasının Mərkəzi Bankı" sözləri ilə əvəz edilib. Bununla da sığortaolunanların könüllü tibbi sığorta ilə bağlı mənafeyini həm də Mərkəzi Bank müdafiə edəcək.
Qanuna dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Digər Xəbərlər
28 Aprel 2024 13:12
Mikayıl Cabbarov şirkət prezidenti ilə birgə fəaliyyət imkanlarını müzakirə etdi
26 Aprel 2024 15:51Maaş artımı olacaq - Deputat müjdə verdi
26 Aprel 2024 15:41Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
26 Aprel 2024 15:09Prezident: “Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq”
26 Aprel 2024 12:42