“Azərbaycan məhəlləsi” dostluğumuzun əbədi nişanəsidir - Birol Akgün

“Kahramanmaraşdakı “Azərbaycan məhəlləsi” Azərbaycan və Türkiyə dostluğunun əbədi nişanəsidir”.
Adalet.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün bu gün Bakıda “Azərbaycanla Türkiyə arasında media sahəsində strateji əməkdaşlıq haqqında anlaşma memorandumunun 5 ili: Birgə fəaliyyətə baxış, gələcək hədəflər” mövzusunda keçirilən dəyirmi masada deyib.
Səfir bildirib ki, Türkiyə də daim Azərbaycanın yanında olacaq: “Azərbaycan hər zaman Türkiyəyə dəstək olduğu kimi, biz də daim qardaş ölkənin yanındayıq. Bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın cümləsidir. Biz qardaşıq və hər zaman bir-birimizin yanındayıq. Qarabağda gedən bərpa-quruculuq işlərini də dəstəkləyirik. Əlimizdən gələni etməyə daim hazırıq”.
Digər Xəbərlər
25 Oktyabr 2025 12:37 QUBADLININ AZAD EDİLMƏSİ MÜHARİBƏNİN DÖNÜŞ NÖQTƏSİ OLDU
25 Oktyabr 2025 11:45 “Ədalətdən danışan dünyanın bir çox ölkələri buna göz yumsa da...”
25 Oktyabr 2025 11:34 TÜRKPA Baş katibi Cevdet Yılmaz və Dövlet Baxçalı ilə görüşüb
25 Oktyabr 2025 11:09 

Bakı -°C 










