adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
13 May 2017 11:09
3943
İDMAN

Azərbaycan İslamiadada ilk medalını qazandı

IV İslam Həmrəyliyi Oyunlarında həndbol üzrə yarımfinal mərhələsinə start verilib.

Adalet.az-ın məlumatına görə, ilk oyunda Azərbaycan və Özbəkistanın qadınlardan ibarət yığmaları qarşılaşıb.

"Sərhədçi" İdman Olimpiya Mərkəzindəki görüş həndbolçularımızın qələbəsi ilə başa çatıb. Qadınlardan ibarət yığma komandamız 42:25 hesabı ilə rəqibini məğlub edib.

Bununla da finala yüksələn Azərbaycan millisi ən azı gümüş medalı təmin edib.

Qeyd edək ki, saat 13:30-da keçiriləcək Türkiyə - Kamerun matçının qalibi yığmamızın rəqibi olacaq. Final görüşü mayın 14-də saat 18:00-da keçiriləcək.