Azərbaycan filmləri Beynəlxalq Turizm Filmləri Festivalında

Aprelin 25-26-da "Tourfilm - Riqa 2015" 8-ci Beynəlxalq Turizm Filmləri Festivalı keçiriləcək. Adalet.az Mədəniyyət və Tusrizm Nazirliyinə istinadən xəbər verir ki, Azərbaycanın da təmsil olunacağı festivalda "Lahıc" (rejissor Tofiq Şahverdiyev) filmi "Mədəni turizm" və "Ekoturizm" nominasiyalarında, "Vulkanın nəfəsi" (rejissor Adil Azay) filmi isə "Ekoturizm" nominasiyasında nümayiş olunacaq. Hər iki film dövlət sifarişi ilə "Azanfilm" studiyasında istehsal edilib. Həmçinin festivalın "Reklam filmləri" nominasiyasında "Rixos Quba" reklam çarxı nümayiş etdiriləcək.
Festivalın proqramında ümumilikdə beş nominasiya üzrə iki yüzə yaxın film yer alıb.
Digər Xəbərlər

"AĞDAM VƏ MƏN" - "Ağ Damlı Adam" - Aqil Abbas haqda portret film - VİDEO

Liderlər Bülbülün ev-muzeyində - FOTOLAR

Likiyanın incisi: Qədim Myra şəhərinin sirləri

Türkiyənin Neolitik Çatalhöyük şəhərində qadın mərkəzli cəmiyyətin olduğunu ortaya çıxdı - FOTOLAR

“Teatrın dostu” mükafatı təqdim olundu: Kukla Teatrı daha bir mövsümü uğurla başa vurdu

Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət - FOTOLAR

Hökumə Əliyevaya həsr olunan film gələn ay təqdim olunacaq
