Azərbaycan Ermənistanın təklifini rədd edib
Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının icra katibi - sədr müavini Əli Əhmədov Ermənistanda keçiriləcək parlament seçkilərində rəsmi İrəvanın müşahidəçi kimi iştirak etməsi üçün MDB ölkələrinə, o cümlədən Azərbaycana müraciət etməsi barədə xarici mətbuatda dərc edilən məlumata münasibət bildirib.
Baş nazirin müavini deyib ki, Azərbaycanla Ermənistanın münasibətləri məlumdur və bu münasibətlərdə heç bir dəyişiklik olmayıb:
"Ermənistan- Azərbaycan - Dağlıq Qarabağ münaqişəsi bitməyincə, Azərbaycanın işğal altında olan torpaqları geri qaytarılmayınca münasibətlərdə dəyişiklik ola bilməz. Bu baxımdan Ermənistanda keçirilən seçkilər bizi az qayğılandırır. Amma mətbuatdan aldığımız məlumata görə, Ermənistanda ictimai-siyasi vəziyyət heç də ürəkaçan deyil. İqtisadi vəziyyətlə bağlı siyasi gərginlik artıb. Bu seçkinin nə ilə nəticələnəcəyi onların öz işləridir. Bizim onlara sözümüz odur ki, münaqişəni aradan qaldırmayacaqlarsa, vəziyyətləri düzəltmək onlar üçün mümkün olmayacaq. Ən yaxşı yol odur ki, onlar bu günə qədər etdikləri səhvi başa düşərdilər".
Ə.Əhmədov bildirib ki, Ermənistanda keçiriləcək və gələcəkdə ölkənin idarəçilik mexanizmini köklü şəkildə dəyişməsini nəzərdə tutan parlament seçkiləri bu ölkə üçün yaxşı nələrsə vəd etmir: "Azərbaycan isə bu seçkilərdə müşahidəçi qismində iştirak etmək niyyətində deyil”.
Digər Xəbərlər
01 May 2024 22:45
İlham Əliyevin forumdakı çıxışı Gürcüstan mətbuatında
01 May 2024 17:37Bakıda beynəlxalq forum işə başlayıb: Prezident tədbirdə nitq söyləyib - YENİLƏNİB
01 May 2024 16:15Azərbaycan, Özbəkistan və Qazaxıstan nazirlərinin üçtərəfli görüşündə memorandum imzalandı - YENİLƏNİB + FOTO
01 May 2024 16:10Tokayev Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşündən danışdı
01 May 2024 16:09