adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 Yanvar 2018 11:55
50555
MÜSAHİBƏ

“Azərbaycan dünyaya yeni model bəxş edib” - MÜSAHİBƏ

Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü,qurumun miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədri Sahibə Qafarovanın ADALET.AZ-a müsahibəsi

- Sahibə xanım Azərbaycanınbeynəlxalq nüfuzu və əhəmiyyəti hər gün artır. Bu reallıq olsa da Azərbaycanıistəməyən qüvvələr də var. Buqüvvələrə qarşı hansı addımların atılması tarixi zərurətə çevrilib?

-Ümumiyyətlə, müasir beynəlxalqmünasibətlər sisteminin suveren aktoru olan Azərbaycan Respublikası son illərdəçox mühüm və güclü regional amilə çevrilib. Burada ən önəmli faktorlardan biriölkəmizdə hökm sürən sabitlik və vətəndaş həmrəliyi amilidir. Güclü dayaqlaramalik sabitliyin bərqərar olması isə əlbəttə ki, ölkənin iqtisadi inkişafını şərtləndirirvə son illərin göstəriciləri Azərbaycanın yüksək iqtisadi inkişafınınkonturlarını müəyyən edir. İnkişaf edən Azərbaycanın beynəlxalq aləmdəki nüfuzuvə mövqeyi də ildən – ilə möhkəmlənir, Azərbaycanın regional liderliyi dünya tərəfindənaçıqca etiraf olunur. Bu da nəticə etibarilə ölkəmizin siyasi, iqtisadi və mədənicəhətdən nəinki regional, hətta qlobal dialoq məkanına çevrilməsini də şərtləndirir.Ölkədə hər il bir neçə mötəbər beynəlxalq siyasi, iqtisadi, yaxud mədəni-humanitartədbirlər keçirilir. Müxtəlif ölkələrdən çoxlu sayda nüfuzlu dövlət və dinxadimlərinin, elm adamlarının qatıldığı bu cür tədbirlər Azərbaycanın dünyadatanıdılması, həmçinin müsbət imicinin formalaşdırılması baxımından çox böyük önəmkəsb edir. Azərbaycana gələn qonaqlar ölkəmizdəki tolerant mühitin, eləcə də,inkişafın, sosial sabitliyin şahidi olurlar. Azərbaycan bu gün dünyaya istərtolerantlıq, istərsə də iqtisadi inkişaf baxımından yeni model bəxş edib. Məlumolduğu kimi, hazırda, dünyanın bir sıra inkişaf etmiş və inkişaf etməkdə olanölkələrində fərqli mədəniyyətlərin toqquşması nəticəsində xoşagəlməztendensiyalar meydana çıxır. İslamofobiya, irqçilik, ksenofobiya kimi təhlükəlimeyillərin bəzən süni şəkildə alovlandırılması bu cür toqquşmaları daha da dərinləşdirir,nəticədə, insan haqlarının pozulması halları artır, sosial sabitlik pozulur. Azərbaycandaisə bu proseslərin tamamilə əksini müşahidə etmək mümkündür.

Eyni zamanda, Azərbaycanın təşəbbüsü və birbaşaiştirakı ilə reallaşdırılan mühüm enerji və nəqliyyat layihələri Azərbaycanındünyadakı yerini və mövqeyini, beynəlxalq proseslərdə iştirakını daha da gücləndirir.Təkcə 2017-ci ildə əldə olunmuş nailiyyətləri gözdən keçirsək, ölkəmizin nə qədərböyük inkişaf yolu keçməsi gerçəkliyini daha yaxşı dərk edərik.


Təəssüf ki, sizin də qeyd etdiyiniz kimi, Azərbaycanınəldə etdiyi bu uğurlar bir sıra dairələr tərəfindən qısqanclıqla qarşılanır. Xüsusən,erməni lobbisinin təsiri altında fəaliyyət göstərən, həmçinin, islamafob, bəzihallarda isə bölgədə maraqları olan imperialist dairələr Azərbaycana qarşı bu vəya başqa şəkildə təzyiq göstərməyə çalışırlar. Azərbaycanla bağlı həqiqəti əksetdirməyən, qərəzli hesabatların dərc olunmasını, ölkəmizin ünvanına reallıqdanuzaq fikirlərin səsləndirilməsini bunun göstəricisi hesab edirəm. Əlbəttə, Azərbaycanmüstəqillik qazandıqdan sonra Avropaya, Qərb dəyərlərinə inteqrasiyanı özününbaşlıca prioriteti elan edib. Bu, Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyiAzərbaycanın demokratik inkişaf yolunun bir tərkib hissəsidir və ölkəmizininkişafına yardım edir. Atılan addımlar nəticəsində Azərbaycan Avropaya dahasıx inteqrasiya edən və daha açıq olan ölkəyə çevrilib. Amma buna baxmayaraq, bəzihallarda ikili standartların, ədalətsiz mövqeyin şahidi oluruq. Bunun səbəbləriisə həm milli etnik məsələlər, həm də bu gün ölkəmizin sahib olduğu qüdrət vəmüstəqil siyasət aparması ilə bağlıdır. Amma nə olursa olsun, Azərbaycan özbildiyi yoldan, öz həqiqətlərindən geri çəkilməyəcək. Çünki Azərbaycan müstəqil,xalqımızın maraqlarına söykənən siyasət həyata keçirir.

- Sahibə Qafarovanınseçiciləri ona asanlıqla çıxa bilirmi? Problemlərini diqqətə çatdıra bilirmi?

-Seçicilərimizlə görüşlərin keçirilməsi, onların sosial qayğılarının, problemlərininhəlli bizim millət vəkili olaraq fəaliyyətimizin mühüm hissəsini təşkil edir.Parlamentdə təmsil olunduğum illərdə də mən çalışmışam ki, insanları, seçicilərinarahat edən məsələlərə diqqət göstərim. Bu günə qədər Milli Məclisiniclaslarında təmsil etdiyim rayonun bu və ya digər problemlərinin həlli,çatışmazlıqların aradan qaldırılması ilə bağlı müxtəlif çıxışlarım, təkliflərimolub. Seçicilərlə görüşlərdə onların səsləndirdikləri problemləri müvafiq dövlətqurumları qarşısında qaldırmışam. Çalışıram ki, seçicilərlə tez-tez görüşüm. Seçicilər tərəfindənyönələn bütün məktublara cavab verilir. Mənim tərəfimdəndövlət qurumlarına yazılan məktublar cavablanır. Həmin qurumlarhəm mənə cavab verirlər, həm də seçiciyə.

- Seçicilərinizinproblemləri ilə əlaqədar əsas hansı qurumlara müraciət edirsiniz. Bilmək istədiyimizodur ki, millət vəkilləri ilə dövlət qurumları arasında münasibət hansı səviyyədədir?

- Qeyd etmək istərdimki, mənim millət vəkili seçildiyim Şəmkir rayonunda son illərdə çox işlərgörülüb. Dövlət proqramlarının icrası nəticəsində müxtəlif problemlər artıq həllinitapıb. Hazırda Şəmkir rayonunun qazı, suyu, yolları, işığı var. Şəmkirə getsəniz,görərsiniz ki, rayon Bakının bəzi yerlərindən heç də geri qalmır. Rayonda sözünhəqiqi mənasında böyük işlər görülüb və görülməkdədir. Amma sirr deyil ki, bəzixırda məsələlər var ki, onlar da insanları qayğılandırır. Seçicilər bizə müraciətlərindəbu qayğılarını dilə gətirirlər. Amma əmin olun ki, bunlar zamanla həllini tapanməsələlərdir.

Bilirsiniz, bəzəndüzgün olmayan informasiya, doğru olmayan təbliğat cəmiyyətdə yanlış fikirformalaşdırır, insanların mövqeyinə mənfi təsir göstərir. Ona görə də bu məsələlərdədaha diqqətli olmaq lazımdır ki, vətəndaşla dövlət, vətəndaşla vətəndaşarasındakı münasibətlərdə problem, etimadsızlıq yaranmasın, insanlar doğruolmayan gözləntilər içərisində olmasın. Təbii ki, millət vəkili olaraq vətəndaşaxidmət etmək, onların problemlərini, qayğılarını həll etməyə çalışmaq bizim vəzifəmizdir.Bu hər şeydən də əvvəl bizim vətəndaş mövqeyimiz, münasibətimizdir. Əgərseçicilərimizin qaldırdıqları problemlərin həlli mümkündürsə, mütləq həllolunur. Hətta bu mümkün olmadıqda belə, insanları razı salan səbəblər göstərilməlidir.

Dövlət qurumlarınamüraciətlərimizə gəldikdə isə, mən özüm hara müraciət etmişəmsə, oradan dacavab almışam. Bu, o demək deyil ki, qaldırdığımız bütün problemlər həllinitapır. Xeyr, bunu iddia etmək düzgün olmazdı. Bununla belə, dövlət qurumlarınında vəzifəsi vətəndaşa xidmət etmək, onların problemlərini, qayğılarını aradanqaldırmaqdır.

- Statistik göstəricilərənəzər salanda bəlli olur ki, boşanmaların sayı artır. Bu statistika DövlətKomitəsinin hazırladığı hesabatlarda da öz əksini tapıb. Maraqlıdır, indiki şəraitdəboşanmaların azalması üçün hansı vacib addımlar atılmalıdır? Ölkəmizdə qadın hüquqlarının qorunması istiqamətində daha hansı tədbirlərinhəyata keçirilməsinə ehtiyac duyulur?

- Ümumiyyətlə, bu günəsas beynəlxalq sənədlərdə cinslər arasında bərabərlik insanın başlıcahüquqlarından biri kimi təsbit edilir. Beynəlxalq hüquqda haqlı olaraq,qadınlar xüsusi subyekt kimi dəyərləndirilir, onlara hüquqlarının həyatakeçirilməsi üçün geniş təminatlar müəyyən olunur. Milli dövlətlər isə butəminatların reallaşdırılması, nəzəri cəhətdən mövcud olan yüksək dəyələrinpraktikada tətbiq olunması üçün səylərini ildən ilə daha da gücləndirməlidir.Nəzərə almaq lazımdır ki, qadınlar üçün bəyan edilən bərabər hüquqlar realbərabər imkanların olmaması üzündən çox vaxt gerçəkləşə bilmir. Ona görə də,müasir dövrdə qadınların ictimai həyata daha çox inteqrasiya olunduğu birzamanda zərif cinsin nümayəndələrinə daha geniş hüquqların verilməsi, onlarınbütün sahələrdə təmsilçiliklərinin artırılması, fəaliyyət sferalarını təhsil,səhiyyə kimi ənənəvi istiqamətlərdən daha da genişləndirilməsi, iqtisadi,sosial sferalarda qadınların potensialdan səmərəli faydalanması kimi tədbirlərbu gün daha böyük nailiyyətlərin əldə olunmasına şərait yarada bilər. Hər haldaAzərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlar və əldə olunmuşnailiyyətlər bu fikri daha da qüvvətləndirir. Bu gün iqtisadi qüdrəti,geostrateji çəkisi ilə Cənubi Qafqaz regionunun ən güclü dövləti olanAzərbaycan Respublikası insan hüquq və azadlıqlarının mühüm tərkib hissəsi olanqadın hüquqlarının qorunması, düzgün gender siyasətinin həyata keçirilməsibaxımından da örnək təşkil edir. Hazırda ölkəmizdə qadınların hüquqlarının ənyüksək səviyyədə qorunması, onların cəmiyyətin həyatında fəal rol oynaması üçünyetərincə siyasi iradə və mükəmməl, hüquqi baza mövcuddur. AzərbaycanRespublikasında milli qanunvericilik qadınların hüquq bərabərliyini təminedərək, hər cür ayrı-seçkiliyin qarşısını almağa imkan verir, bu istiqamətdəatılan addımlar qadınların bərabər imkanlarının gerçəkləşdirilməsinə yönəlib.Ölkəmizdə cinsindən asılı olmayaraq, hər bir vətəndaşımızın cəmiyyətinhəyatında fəal iştirakına yaradılan əlverişli şərait nəticə etibarilə həm dədövlətimizin inkişafına müsbət təsir göstərməkdədir. Amma əldə olunannailiyyətlərlə kifayətlənmək düzgün olmazdı. Cənab Prezidentin də vurğuladığıkimi, bu sahədə hələ görüləcək işlər var.

Sualınızın bir başacavabına gəldikdə isə, əvvəla, boşanma hallarının artması faktı yalnız bizimcəmiyyətimizə xarakterik hal deyil. Əksinə, Azərbaycan xalqının mentaldəyərləri, eyni zamanda ailə ilə bağlı üstün tutduğumuz dəyərlər ölkəmizdə busahədə vəziyyətin digər br çox dövlətlərlə müayisədə daha yaxşı olmasınışərtləndirib. Bununla belə, boşanmaların artması bir faktdır və bunu inkaretmək olmaz. Boşanmaların artmasının bir çox səbəbləri var. Burada maddiamillərdən tutmuş, zorakılıq hallarına qədər müxtəlif səbəbləri sadalayabilərik. Hesab edirəm ki, bu kimi problemlərin həlli hansısa bürokratiktədbirlərlə deyil, daha çox maarifləndirmə işinin aparılması ilə mümkün olabilər. Ailə quran cütlüklərə ailənin dəyəri, onun sarsılmazlığının vacibliyidoğru izah olunmalıdır.

- Siz AŞPA-da Azərbaycanhəqiqətlərini dünya ictimayyətinə çatdırılmasında iştirak edirsiniz. Bu istiqamətdə,nümayəndə heyətimizin gördüyü işləri necə qiymətləndirmək olar?

-Mən Azərbaycanın Avropa Şurarı Parlament Assambleyasındakı nümayəndəheyətinin üzvü kimi hər bir sessiyada fəal iştirak etməyə çalışıram. Həm Azərbaycanla,həm də orada müzakirə edilən məsələlərlə bağlı münasibətimi dəbildirirəm və Azərbaycanın mövqeyini orada təmsil edirəm. Eyni zamanda,AŞPA-nın Miqrasiya,qaçqınlar və məcburi köçkünlər üzrə komitəsinin sədrikimi fəaliyyətimdə dəhəm bu vəzifənin tələb etdiyi işlərin həyata keçirilməsində, həm də azərbaycandövlətini layiqli şəkildə təmsil edərək, ölkəmizin gerçəklikləri, Dağlıq Qarabağproblemi, Ermənistan dövlətinin işğalçılıq siyasəti ilə beynəlxalq ictimaiyyətinməlumatlandırılmasında bacardığım qədər fəal olmağa çalışıram.

Bildiyiniz kimi, Azərbaycanartıq 20 ildir ki, AŞPA-nın üzvü kimi qurumda kifayət qədər effektiv fəaliyyətgöstərir. Bu qurumla əməkdaşlıq ölkəmizdə demokratik islahatların daha da dərinləşməsi,demokratik təsisatların inkişaf etdirilməsi, Avropa dəyərlərinin möhkəmlənməsi,insan hüquqlarının daha effektiv şəkildə qorunması prosesinə yardım edib. AzərbaycanRespublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı-faydalımünasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərləəlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına vəqarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəminyaradır. Avropa Şurası Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizinəsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdəsaxlayır. Azərbaycan bu quruma üzv olan digər ölkələrlə də əməkdaşlığın dahagenişspektrlərini əhatə etməsi, genişlənməsi üçün əməli addımlar atır. Eynizamanda, Azərbaycan da öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinəöz töhfəsini verməkdədir. Təbii ki, bir sıra hallarda bu təşkilatın Azərbaycandabaş verən hadisələrə münasibətində müəyyən qeyri-obyektiv nüanslar müşahidəolunub və bunlar daha çox müəyyən şəxslərin qərəzliliyindən meydana gəlib. Ölkəmizinrəhbərliyi bununla bağlı etirazlarını dilə gətiriblər və müvafiq qurumlaraçatdırıblar. İstərdik ki, bu hallar təkrarlanmasın və qurumla ölkəmizin əməkdaşlığınakölgə salacaq hansısa neqativ olaylar baş versin.

- AŞPA-da Azərbaycanla bağlı qətnamələr qəbulolunur. Əsası olmayan bu qətnamələrin beynəlxalq trinubalara ayaq açması hansışəraitdə baş verir?

- Qeydetdiyimiz kimi, Prezidentİlham Əliyevin Azərbaycan xalqının milli maraqlarına söykənən müstəqil və qətiyyətlisiyasəti bəzi Qərb dairələrində, islamofob mərkəzlərdə qısqanclıq yaradır, birsıra hallarda ölkəmizə qarşı siyasi etikadan uzaq, münasibətlərin ruhuna uyğungəlməyən qara-piar kampaniyasının şahidi oluruq. Görünür Azərbaycanın inkişafı,ildən-ilə daha da güclənməsi və böyük bir regionda gedən proseslərə təsiri və əsassöz sahibinə çevrilməsi, dünyadakı nüfuzunun artması həmin dairələri ciddinarahat edir.

Bəllidir ki, bəzi dairələr Dağlıq Qarabağ münaqişəsinəmünasibətdə beynəlxalq hüququn normalarını, dövlətlərin ərazi bütövlüyünününtoxunulmazlığı prinsipini bir kənara qoyaraq Ermənistanın işğalçılığına bəraətqazandırmaq yolunu tutublar. Xüsusilə, islamofob dairələrin, erməni diasporununtəsiri altında olan siyasətçilərin bu istiqamətdə fəaliyyətinin şahidi oluruq.Ümumiyyətlə, son illər Qərbdə islamofob meyllərin qalib gəldiyi, müsəlman ölkələrinəqarşı ikili standartlar siyasəti yürüdən bir quruma çevrildiyini müşahidə etməkdəyik.Bu məsələ ilə bağlı narahatçılığımızı bütün tribunalardan dəfələrlə ifadəetmişik.

Əlbəttə, Azərbaycan müstəqil dövlətdir və özününmöhkəm əsaslara malik müstəqil hüquq sistemi mövcuddur. Ona görə də, hansısa təşkilatınAzərbaycanla bağlı uydurma, qərəzli hesabatlar təqdim etməsi heç bir əhəmiyyətəmalik deyil. Belə primitiv, qeyri-etik təzyiq üsulları ilə Azərbaycana təsiretmək, onun müstəqil xarici siyasətinə müdaxilə etmək cəhdləri əbəsdir və heçbir nəticə verməyəcək.


Ədil Ədilzadə