adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
02 Avqust 2018 17:12
7688
MƏMLƏKƏT

“Azərbaycan dövlətinin yanında olmağa ilahi inancımızla borcluyuq”

"Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi ölkə boyunca "Mənəvidəyərlərin təbliği: necə və nə etməli?" adlı silsilə tədbirlərini uğurla davametdirir. Birlikdən verilənməlumata görə, bu gün növbəti tədbirŞamaxı şəhərində keçirilib.

Tədbirdə çıxış edən "Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimaiBirliyinin sədri Sevinc Əzimbəyli bildirib ki, ictimai birlik yarandığı gündənölkəmizdə milli və mənəvi dəyərlərimizin təbliği və mühafizəsi yolunda

dayanmadan mücadilə verməkdədir: "Bizim silsilə tədbirlərimizin əsasməqsədi ölkə vətəndaşlarına xüsusilə gənclərimizə milli vətənpərvərlik ruhununaşılanmasını, mənəvi dirçəlişimizin yüksəlişini ən əsas və müqəddəs prinsipkimi təqdim etməkdir. Milli mənəvi dəyərlər, eləcə də adət və ənənələr daimainsan münasibətlərinin tənzimləyicisi və istiqamətverici qüvvəsi olub. Məhz buna görə də övladlarımızı hələuşaq yaşlarından bu ruhda tərbiyə etməliyik. Unutmamalıyıq ki, bu həm dəmükəmməl bir müsəlman üçün iman məsələsi olmalıdır”.

Tədbirdə iştirak edən Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas

Seyid Camal Əzimbəyli çıxış edərək söyləyib ki, mənəvi dəyərlərəbağlılıq, milli irsimizə sahib çıxmaq və bu müqəddəs dəyərləri gələcəknəsillərə ötürmək missiyası bu gün bizlərin üzərinə düşür: "Çox təəssüflərolsun ki, bəzi dairələr İslam adı altında gənclərimizin dini duyğularını istismaredərək öz radikal düşüncələrini onlara aşılamağa cəhd edirlər. Belə radikal qüvvələrinölkəmizdə birlik və bərabərliyimizin pozulmasına yönələn bütün addımlarının zərərləşdirilməsinaminə hər birimiz Azərbaycan dövlətinin yanında olmağa ilahi inancımızla borcluyuq.Azərbaycanda milli və mədəni irsimizə dövlətin göstərdiyi diqqət və qayğınınşahidiyik. Bu mənada hesab edirəm ki, məhz milli və mənəvi irsimizin həqiqihimayəçisi Prezident İlham Əliyevdir”.

Tədbirdə Şamaxı rayon İcra Hakimiyyətinin baş məsləhətçisi BabaqədirQədirov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Cavid Əhmədovvə rayonun nüfuzlu din adamları, ziyalılar mövzu ətrafında çıxış ediblər.

Qeyd edək ki, tədbirdə çoxlu sayda ictimaiyyət nümayəndələri vərayonun fəal gəncləri iştirak edib.