adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 Aprel 2017 21:44
5380
MƏMLƏKƏT

Azərbaycan Dövlətçilik tarixi və dövlət rəmzləri gənclər arasında təbliğ olunub

Azərbaycan Respublikasının Gənclər və İdmanNazirliyinin dəstəyi ilə Üfüq Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən"Azərbaycan Dövlətçilik tarixi və dövlət rəmzlərinin interaktiv üsullarla gənclərarasında təbliği – yeni mərhələ” adlı layihə icra edilib.

3, 4, 5, 6, 7 aprel 2017 – ci il tarixində Qəbələrayonunda, 10, 11, 12, 13, 14 aprel 2017– ci il tarixində Şəki şəhərində həyata keçirilən layihə gənclər tərəfindənböyük maraqla qarşılanmışdır. Tədbirlərdə çıxış edən "Üfüq” Gənclərin İnkişafıNaminə ictimai birliyinin sədri, layihə rəhbəri Nail Şükürov iştirakçılara Azərbaycanınzəngin Dövlətçilik tarixi haqqında məlumatvermiş, qeyd etmişdir ki, layihənin məqsədi interaktiv metoddan istifadə etməkləgənclərimizdə Dövlətçilik tariximizə, Dövlət rəmzlərinə hörmət hissini, vətənəməhəbbət hissini gücləndirmək, vətənpərvərlik ruhunun yüksəldilməsi, Dövlət rəmzləriilə bağlı məlumat çatışmazlığının aradan qaldırılması, gənclərin təşəbbüskarlığınınartırılması, gənclərin asudə vaxtının səmərəli keçiriliməsidir.

Layihə çərçivəsində2 regionda – Qəbələ və Şəkidə layihənin işində 200 gənc birbaşa iştiraketmişdir. Dövlət rəmzlərimizin təbliği, gənclərdə vətənpərvərlik hissləriningücləndirilməsi üçün fəaliyyətlə bağlıonların da fikirləri öyrənilmiş, müzakirələr aparılmışdır. Gənclərin aktiviştirkı ilə keçirilən interaktiv müzakirələrdə aşağıdakı mövzularatoxunulmuşdur:

• Azərbaycan Dövlətçilik tarixi;

• Azərbaycan Dövlət bayrağına hörmət hissiningücləndirilməsi;

• Azərbaycan Dövlət gerbinə hörmət hissinin gücləndirilməsi;

• Azərbaycan Dövlət himninə hörmət hissinin gücləndirilməsi;

• Dövlət rəmzlərinin ideya - məzmunu haqqında gənclərləmüzakirələrin aparılması;

• Dövlət rəmzləri və normativ-hüquqi aktlar barəsindəmüzakirələr