Azərbaycan daha bir rekordun astanasında
Qarabağ” Avropa Liqasının qrup mərhələsindəki ilk oyununda açılan Azərbaycan bayrağı Ginnesin Rekordlar Kitabına düşə bilər.
Stadionun tribunalarında dövr edən Azərbaycan bayrağının uzunluğu 70 metr olub. Respublika stadionundakı azarkeşlər isə bayrağı başları üzərində daşıyıblar.
İndiyə kimi futbol stadionlarında açılan ən böyük bayraqlardan biri Rusiyada qeydə alınıb. 1040 kv. metr olan bayrağın 130 kiloqram çəkisi olub. Rusiya bayrağının ölçüləri isə 40 metr uzunluğunda və 26 metr enində olub. Stadionda olan Ginnesin komissiya üzvləri isə bayrağı ölçərək onu rekordlar kitabına daxil ediblər.
Ancaq "Qarabağ”ın Avro Liqadakı oyunu zamanı açılan böyük bayraq ölçülərinə görə bu göstəricini qabaqlayır. Əgər rəsmi olaraq təsdiqlənərsə Azərbaycan bayrağı futbol tribunalarında açılan ən böyük bayraqlardan biri olaraq tarixinə düşə bilər.
Digər Xəbərlər
01 May 2024 22:55
K A N
01 May 2024 18:37Türk Dövlətləri Autizm Federasiyasının Bakı konfransı keçirildi - FOTOLAR
01 May 2024 18:17Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
01 May 2024 16:25İyunda ardıcıl 5 gün iş olmayacaq
01 May 2024 13:59