adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
10 Aprel 2017 11:14
3181
GÜNDƏM

Azərbaycan Cibutiyə yardım göndərdi

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi Azərbaycan hökuməti adından Cibuti Respublikasına humanitar yardım göndərib.

Humanitar yardım Heydər Əliyev beynəlxalq hava limanından "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə göndərilib.

Yola salınan humanitar yardımlar qənd, şəkər tozu, kiloqram çay, günəbaxan yağı, qarğıdalı yağı, un, makaron, vermeşil və içməli sudan ibarətdir.