Azərbaycan Belarusdan çörək almağa başlayıb
Belarusun çörək və un məmulatları istehsalçısı olan "Qrodnoxlebprom" ASC nümunə olaraq Azərbaycana 15 adda çörək-bulka məmulatı göndərib. Bu barədə Belarus mətbuatı yazıb.
Qeyd edək ki, müəssisə hər ay Rusiyaya təxminən 3 ton çörək tədarük edir. Tələbat olduğundan yaxın vaxtlarda ixracın həcminin artırılması planlaşdırılır.
Eyni zamanda, "Qrodnoxlebprom"un çörək-bulka məmulatları Nyu-York, Los-Anjeles də daxil olmaqla, dünyanın başqa bazarlarına da ixrac edilir.
Qeyd edək ki, Bakıda "Belorusskiy" mağazaları fəaliyət göstərir. Belarusun çörək və un məmulatları həmin mağazalarda saxlanılır.
Digər Xəbərlər
29 Aprel 2024 15:48