Azərbaycan atleti Dünya Kubokunda gümüş medal qazanıb
Azərbaycan tamblinqçisi Mixail Malkin Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda gümüş medal qazanıb.
Tamblinq növü üzrə yarışan idmançı final mərhələsində 74.600 xal toplayıb. Rusiyalı Vadim Afanasyev isə 75.100 xalla qızıl medala sahib olub.
Qeyd edək ki, "AGF Trophy”də 30 ölkənin 160-dan çox gimnastı mübarizə aparıb. 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyan Dünya Kubokunda Azərbaycanı 5 idmançı təmsil edib.
Batut yarışlarında qadınlar arasında fərdi proqramda son Avropa çempionatının gümüş medalçısı Veronika Zemlyanaya, kişilər arasında sinxron və fərdi proqramlarda Ruslan Ağamirov, İlya Qrişunin, Oleq Piunov mübarizə aparıblar. Bu idmançılar finala vəsiqə qazana bilməyib.
Digər Xəbərlər
03 May 2024 16:37
“Fənərbağça” Di Mariyanı transfer etmək istəyir
03 May 2024 16:12Xankəndi istiqamətində dəhşətli avtoqəzaya düşən PFL prezidentinin son durumu AÇIQLANDI
03 May 2024 11:10Messi aprel ayının ən yaxşı futbolçusu seçildi
03 May 2024 09:57Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər
01 May 2024 15:38