Azərbaycan atıcısı İslamiadada 4-cü qızıl medalını qazandı
Azərbaycan atıcısı Ruslan Lunyov Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında dördüncü qızıl medalını qazanıb.
Adalet.az-ın məlumatına görə, kişilərin 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında 240.7 xal toplayan təmsilçimiz rəqiblərindən daha dəqiq olub.
İkinci yeri Türkiyə idmançısı Yusuf Dikec (239.7), üçüncü yeri isə pakistanlı Muhammad Şehzad Aktar (218.6) tutub.
Xatırladaq ki, R.Lunyov Bakı-2017-də kişilər arasında 25 m məsafədən tapança ilə atəş açma, 25 m məsafədən tapança ilə sürətli atəş açma və 25 metr məsafədən standart tapança ilə atəş açma yarışlarında qızıl medal qazanıb.
Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
Digər Xəbərlər
03 May 2024 16:37
“Fənərbağça” Di Mariyanı transfer etmək istəyir
03 May 2024 16:12Xankəndi istiqamətində dəhşətli avtoqəzaya düşən PFL prezidentinin son durumu AÇIQLANDI
03 May 2024 11:10Messi aprel ayının ən yaxşı futbolçusu seçildi
03 May 2024 09:57Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər
01 May 2024 15:38