Azərbaycan ABŞ-a mebel ixrac edir
Balaxanı Sənaye Parkının rezidenti Amerika Birləşmiş Ştatlarına məhsul ixracına başlayıb. İlkin olaraq ABŞ-a ildə 3 min mebel dəsti ixrac olunacaq.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlum ata görə, sahibkar Fərman İslamlı məlumat verib ki, ABŞ-a məhsul ixracına başlayan və süngər tullantılarının təkrar emalı və mebel istehsalı ilə məşğul olan "Foriella” MMC Balaxanı Sənaye Parkının rezidentidir və 2017-ci ilin sentyabr ayından fəaliyyət göstərir. Rezident tərəfindən Sənaye Parkında istehsal sahəsinin yaradılmasına 4 milyon manata yaxın investisiya yatırılıb.
"Rezidentə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kredit verilib. İstehsalın Almaniya, Türkiyə və İtaliya texnologiyaları əsasında təşkil edildiyi müəssisədə 170-ə yaxın daimi iş təmin olunub.
Müəssisənin məhsulları yerli bazarda satılmaqla yanaşı, Gürcüstan, Ukrayna və Qazaxıstana ixrac olunur və artıq ABŞ-a da məhsul ixracına başlanıb".
Digər Xəbərlər
02 May 2024 09:43
Bu günə olan valyuta məzənnələri
30 Aprel 2024 13:51Azərbaycana gələn turistlər bu rayonlara üz tutur - AÇIQLAMA
30 Aprel 2024 12:52“AzerGold” QSC-də təhlükəsiz iş saatlarının sayı 5 milyonu ötüb
30 Aprel 2024 10:56Dünya bazarlarında neft ucuzlaşdı
29 Aprel 2024 18:17