Azay Quliyev seçicilərini qəbul edib
Milli Məclisin deputatı Azay Quliyev seçicilərini qəbul edib.
Deputat seçiciləriylə ayrılıqda görüşərək onların problemləri ilə maraqlanıb. Müraciətlər əsasən əmlak, məşğulluq, hüquq məsələləri və digər mövzuları əhatə edib.
Azay Quliyevbildirib ki, seçicilərini narahat edən məsələləri daim diqqət mərkəzində saxlayır və onların həlli üçün müvafiq addımlar atır.
Deputat deyib ki, seçicilərin ona ünvanladığı müraciətləri aidiyyatı qurumlara göndərməklə yanaşı, onların icra vəziyyətini də daim diqqətdə saxlayır.
Məlumat üçün bildirək ki, bir neçə gündürAzay Quliyevin rəsmi internet səhifəsində seçicilərin qəbulu üçün online qeydiyyat sistemi fəaliyyətə başlayıb. 8 saylı Binəqədi birinci Seçki Dairəsinin seçiciləri bundan sonra elektron müraciət imkanından yararlanaraq daha da asan formada deputatlarının qəbuluna yazıla bilərlər.
Digər Xəbərlər
02 May 2024 17:40