adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 May 2016 15:19
15609
İDMAN

AZARKEŞSİZ FUTBOL TAMAŞAÇISIZ TEATR KİMİ BİR ŞEYDİ

Təsəvvür edin, Əli Əmirlinin AkademikMilli Dram Teatrında «Qacar» kimi möhtəşəm bir tamaşası oynanılır. Azərbaycanıngörkəmli sənətkarları Fuad Poladov və ya Məmməd Səfa da Qacar rolunda. Zal da bomboşdu və ya yeddi-səkkiz nəfər var. Özünüzü o aktyorların yerinə qoyun, Qacarın faciəsindənböyük faciə yaşayarsınız. Allaha şükürki, adını çəkdiyim tamaşada həmişəanşlaqdı.

Gələk fıutbola. 22 nəfər özünü sahədəöldürür, stadionda, 15-20 minlik stadionda100-150 azarkeş ola-olmaya. Bu futbolçularıfikirləşin, hansı hissi keçirirlər. Axı, onlar futboluözləri üçün yox, bizim üçün oynayırlar.

Deyərsiniz ki, komanda yaxşı oynayanda, yuxarı pillədə olanda gedirik. Belə olanda nənəm də gedər ey, əsl azarkeş odur ki, klub ağır durumda olanda onaarxa dursun, dəstəkləsin, sevimli futbolçularını ruhdandüşməyə qoymasın. Stadiona gəlin,onda futbolçudan oyun tələb edin.