Azarkeşləri “Qarabağ”ı cərimələtdi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Topaz Premyer Liqanın 11-ci turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
Topaz Premyer Liqasının XI turunun "Neftçi” – "Zirə” matçında "Neftçi” klubunun 4, "Zirə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün hər iki klub 800 manat cərimə olunub. Oyunun 85-ci dəqiqəsində "Zirə” klubunun məşqiçisi Vəfadar Quliyev texniki zona qaydalarını pozduğuna görə kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 800 manat cərimə olunub.
Topaz Premyer Liqasının XI turunun "Sumqayıt” – "Keşlə” matçının 67-ci dəqiqəsində "Sumqayıt” klubunun qapıçısı Orxan Sadıqlı sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Topaz Premyer Liqasının XI turunun "Qəbələ” – "Qarabağ” matçının 47-ci dəqiqəsində "Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunub.
"Qarabağ” klubunun azarkeşlərinin olduğu sektorda oturacaqlar sındırılmışdır. Qəbələ klubunun təqdim edəcəyi hesaba uyğun olaraq stadiona dəymiş ziyan "Qarabağ” klubu tərəfindən ödənilsin.
Digər Xəbərlər
20 Sentyabr 2024 17:19
“Qarabağ” – “Neftçi” derbisində oynamayacaq futbolçular
20 Sentyabr 2024 13:08FİDE erməni şahmatçıları "100 ilin ən yaxşı komandası" adlandırdı: MÜKAFAT
20 Sentyabr 2024 09:19Çempionlar Liqası: "Barselona" məğlub oldu, "Arsenal" heç-heçə etdi
19 Sentyabr 2024 19:16Ağdam şəhərində “İmarət” stadionunun təməli qoyulub - YENİLƏNİB
19 Sentyabr 2024 14:37