adalet.az header logo
  • Bakı -°C
03 Dekabr 2025 10:32
42
DÜNYA
A- A+

"AZAL təyyarəsinin təhqiqatı yekunlaşmaq üzrədir" - Nazir müavini

"AZAL-a məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı təhqiqat yekunlaşmaq üzrədir". 

Adalet.az xəbər verir ki, bunu Qazaxıstan baş nazirinin müavini Kanat Bozumbayev deyib. 

Onun sözlərinə görə, hesabatın 2025-ci ilin dekabr ayına qədər tamamlanması planlaşdırılır.

Bozumbayev qeyd edib ki, aviaqəzadan sonra iki araşdırma başlayıb: "Biri Baş Prokurorluğun məşğul olduğu cinayət hissəsidir. Onlar oradakı rusiyalı həmkarları ilə əlaqə saxlayırlar. İkinci hissə isə Nəqliyyat Nazirliyinin istintaqı ilə bağlıdır, o, son mərhələdədir. Ona görə də biz hazırda lisenziya verənlərdən və ya texnologiya, aeronaviqasiya alətləri və s. sahiblərinin bu il və ya gələn ilin əvvəlində yekun rəyini gözləyirik".

Baş nazirin müavini əlavə edib ki, Baş Prokurorluğun araşdırmasında da bəzi irəliləyişlər var: "Siz qonşu dövlətlərin liderlərinin bəyanatlarını görmüsünüz. Ona görə də ümid edirik ki, orada da danışıqlar gələn il başa çatacaq".

Xatırladaq ki, 2024-cü il dekabrın 25-də Bakıdan Qroznıya uçan təyyarə Aktaudan bir neçə kilometr aralıda qəzaya uğrayıb. Təyyarədə Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin və beş ekipaj üzvü olub. 38 nəfər hadisədə həlak olub. İki ekipaj heyəti də daxil olmaqla 29 nəfər sağ qalıb./Unikal