Azadlıq prospektində xüsusi hərəkət zolağı təşkil edildi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakının Azadlıq prospektində xüsusi hərəkət zolağı təşkil edib.
Adalet.az agentliyə istinadən xəbər verir ki, zolağın uzunluğu 3 km-ə yaxındır.
Həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.
Azadlıq prospektindən 10 müntəzəm marşrut xətti üzrə 150-dən çox avtobus keçir. Həmin müntəzəm marşrut avtobusları ilə gün ərzində 120 mindən çox sərnişin daşınır.
Avtobus zolaqlarının davamlılığının təmin edilməsi, həmçinin yaşayış məntəqələri və mühüm nəqliyyat dəhlizlərini əhatə edən zəncirvari şəbəkənin qurulması məqsədilə bu işlər digər küçə və prospektlərdə də həyata keçiriləcək.
Digər Xəbərlər
07 Aprel 2026 20:00
240 min dollarlıq təhlükəsizlik: Gizli zirehli model
06 Aprel 2026 09:00
Yağışlı havada tıxaclı Bakı yolları - SİYAHI
04 Aprel 2026 19:52
Yeni Günəşlidə yolun bir hissəsi düzəldilib...
03 Aprel 2026 08:31
Bakıda tıxac olan yollar açıqlanıb
01 Aprel 2026 18:24
Bu yollarda sıxlıq var - SİYAHI
26 Mart 2026 09:00
Xaricdən gətirilən avtomobillər gecikə və bahalaşa bilər - VİDEO
25 Mart 2026 16:11
Bu gündən bəzi avtomobillərin idxalı vergidən və rüsumdan azad edildi
25 Mart 2026 11:21


Bakı -°C

