adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Aprel 2014 13:10
4277
GÜNDƏM

Azad Rəhimov : “Mən heç bilmirəm “nurçuluq ”nədir”

Azərbaycan gənclər və idman naziri AzadRəhimov adının "nurçular"la bağlı məsələdə hallanmasına aydınlıq gətirib.Gənclər və idmannaziri Azad Rəhimov bu gün keçirilən mətbuat konfransında nurçularla heç bir əlaqəsininolmadığını söyləyib: "Nurçuluq nədir, heç mən onu bilmirəm. Onu mənə başasalsınlar, sonra danışım. Mənim bu cərəyanla əlaqəm yoxdur".


Nazir Bakıda Avropa Olimpiya Oyunlarının keçirilməsiilə bağlı tikilən obyektlərə görə ağacların kəsilm`sini də düzgün saymayıb:"Bunu deyənlər, yazanlar sanki Bakıda yaşamırlar. Çünki gəlin bir nəzərsalaq. Bakıda olan bəzi tikililər var ki, orada ağaclar təmir işlərinə görə kəsilirvə yenidən əkilir. Hansı tikiliyə görə ağac kəsilib ki? Ona görəs də təklifedirəm ki, nəyisə yazmaqdan öncə bir təhlil etmək lazımdır. Düşünürəm ki, bunuyaymaqda ya qərəzli mö qe nümayoş etdirilər ya da qeyri- peşəkar jurnalistlərbunu yazırlar".

A.Rəhimovun sözlərinə görə, gənclərin ictimai fəallığınınartması üçün gənclərlə bağlı qeyri-hökumət təşkilatlarının sayı artmalıdır.

Nazir deyib ki, 10 il ərzində onların gənclərtəşkilatlarının sayı təxminən 5 dəfə artaraq 51-dən 250-yə qədər yüksəlib. Son il ərzində xüsusilərayonlarda gənclər QHT-lərin sayında artım nəzərə çarpır.
A.Rəhimov deyib ki, ötən il gənclər təşkiıatlarına137 layihə üçün 5.540.991,40 manat ayrılıb.